KepezTV Player
Sərbəst güləş üzrə böyüklərdən ibarət milli komandamız təlim məşq toplanışındadı. Güləş mərkəzində məşq edən yığmamız aprelin 7-də ABŞ-da start veriləcək dünya kubokuna hazırlaşır. Millinin heyətində iki gəncəli güləşçi də var. Bunlar 79 kq-da çıxış edən Murad Süleymanov və 61 kq çəkidə güləşən Qalib Əliyevdi. Süleymanov ötən ay İranda keçirilən Təxti Kukokunda bürünc medal qazanıb. Qalib isə fevralın sonu Ukraynada təşkil edilən xatirə turnirində bürünc medal uğrunda görüşdə uduzaraq mükafatçılar sırasına düşə bilməyib. Hər iki güləşçinin perspektivi onların okeanın o tayındakı yarış üçün heyətə daxil ediləcəyinə inam yaradır.
Orxan Cəfərzadə
- Baxış: 741