KepezTV Player
Aprelin 11-nə təyin olunan prezident seçkilərində iştirak edəcək gənclərlə Gəncədə görüş keçirilib. Prezident seçkilərinin siyasi əhəmiyyətindən danışılaraq səs verəcək gənclərin məsuliyyət nümayiş etdirməsinin zəruriliyi vurğulanıb. Gənclərə Seçki Məcəlləsi, səsvermə hüququ barədə ətraflı məlumat verilib, seçimlərini sərbəst etmələri üçün təlimata müvafiq olaraq məntəqələrdə yaradılacaq şəraitdən danışılıb. Görüşlər Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Respublikanın bütün şəhər və rayonlarında keçirilir.
- Baxış: 606