• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2389
— 13.03.2018 13:42

Ata və oğulun evi qarət edildi

KepezTV Player

Biləsuvar sakininə məxsus evdən ümumilikdə 13 min manata yaxın nağd pul və külli miqdarda qızıl-zinyət əşyaları oğurlanıb.Hadisə rayonunun Amankənd kəndində qeydə alınıb. Ailə üzvlərinin evdə olmadığından istifadə edən naməlum şəxs və ya şəxslər kənd sakini, 37 yaşlı Nazim Qədimova məxsus evin pəncərəsini sındırmaqla otağa daxil olaraq oradan pul və qızıl-zinət əşyalarını oğurlayıblar. Ev sahibinin sözlərinə görə, oğrular izi itirmək üçün evi yandırmaq istəsələr də bu baş tutmayıb. Analoji hadisə bir neçə gün əvvəl Nazimin atası Məmmədhəsən Qədimovun  evində də baş verib. Burada da eyni üsulla evə daxil olan şəxs və ya şəxslər  oradan pul və külli miqdarda qızıl-zinyət əşyalarını oğurladıqdan sonra evi yandırıblar. Hər iki faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsinə məlumat verilib. Hadisəni törədənlərin tapılması istiqamətində istintaq araşdırmaları davam etdirilir