Gəncədə ərzaq və kənd təsərrüfatı məhsullarının “Novruz” yarmarkasında qiymətlərlə şəhər İcra Hakimiyyətinin rəsmiləri və millət vəkiləri maraqlanıb. Qiymətlə bərabər satılan məhsulların keyfiyyəti də diqqət mərkəzində olub.
Yarmarkaya müxtəlif çeşiddə 30-dan çox məhsul satışa çıxarılıb. Kənd təsərrüfatı və ərzaq məhsullarının satışının bu formada təşkili qiymətlərin aşağı olmasını şərtləndirib.
Aysel Tağıyeva – satıcı: “Çaylarda çəkilərinə görə qiymət dəyişir. Məsələn 100 qramlıqlarda 2, 3, 5 qəpik fərq edirsə, 250 qramlıqlarda bu fərq 10, 15 qəpik, yarım və bir kiloqramlıqlarda 20, 30 qəpik fərq edir. Yəni marketlərdən fərqli olaraq burada həqiqətən də qiymətlər aşağıdır”.
Qoşqar Məmmədov – satıcı: “Findıq 6 manata satılır. Şabalıd 10 -12 manata təklif olunur”
Yarmarkada
Un (50 kq) – 21 AZN
Mal əti (1 kq) - 8 AZN
Qoyun əti (1 kq) – 9 AZN
Yumurta (1 ədəd )– 0.10 AZN
Makaron (1 kq)– 0.70 AZN
Vermişel (1 kq)– 0.80 AZN
Limonad – 0.20 AZN
Alma – 1 AZN
Mandarin – 1.50 AZN
Banan – 3 AZN
Kartof – 0.40 AZN
Soğan – 0.30 AZN
- təklif olunur.
Alıcı: “Gəşəgdir, əladır. Hər şey var. Mədəni, səligəlir”
Alıcı: “Yaxşıdır, səligəlidir. Qiymətlər də yaxşıdır”.
Alıcı: “Burdan bircə ləpə almışam, onun da qiyməti yaxşıdır”.
Alıcılar yarmarkada satışa çıxarılan məhsulları dadmaq imkanı da əldə ediblər. Məsələn, bu bölmədə istəyənlərə çay təklif olunur.
Yaramarkaya gələn Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri və millət vəkiləri bazara çıxarılan məhsulların keyfiyyəti və qiyməti ilə maraqlanıblar. Onlar alıcı və satıcılarla söhbət edərək, bazardakı ümumi vəziyyət barədə məlumat əldə ediblər. Kənd təsərrüfatı yarmarkası Novruz bayramınadək hər həftənin şənbə və bazar günləri təşkil olunacaq.
Gülnar Fazilqızı
- Baxış: 1095