Aqrar rayon olan Goranboyun əkin sahələrini suvarılması ilə bağlı problem bu ildən həllini tapacaq. Dövlət proqramına uyğun olaraq 2-ci layihəsi davam etdirilən Şəmkir Maşın Kanalının 5500 metr məsafədə işləri yekunlaşmaq üzrədir. 8 min hektar əkinə yararlı torpaqların suvarılmasını fasizləsiz təmin edəcək kanalın, su sərfiyyatı 31.6 metr kub saniyədir. Layihəyə uyğun olaraq kanal üzərində 3 avtomobil və 2 piyada körpüsünün inşaası başa çatdırlıb. Bundan başqa kanal üzərində müxtəlif hidroteniki qurğuların da tikintisi davam etdirilir. Mənbəyi Kür çayı və Şəmkir dəryaçasından olan layihənin hazırda İpək yolunun alt hissəsindən keçən ərazisində işlər davam etdirilir. Qurğunun tikintisi zamanı magistralda avtomobillərin hərəkətinə heç bir maneə yaranmayıb. Bu ilin 2-ci yarısına qədər istifadəyə veriləcək kanal Kürəkçay çayına qədərdir. Uzunluğu 28 km olacaq kanalın inşasının davamına bu ilin yayından start veriləcək.
Tahir Qurbanov sakin:Bizdə ancaq su problemi var, ərazilərimiz çox əlverişlidir. Dövlət tərəfindən bütün yarımlar edilir, yaxın vaxtlarda Şəmkir Maşın Kanalından su verilsə gələcəkdə əkin sahələrimiz genişləndirərədik və bol məhsul götürərdik.
Natiq Əhmədov sakin: Sahələrdən suyun olmamsından az məhsul götürüdük. Sudan çox əziyuyət çəkirdik. Yalniz bizdə arteziyan quyularıdır başqa su mənbələrimiz yoxdur. Ancaq bu tikintisi aparılan kanaldan su verilsə lap yaxşı məhsul əldə edəcəyik.
- Baxış: 848