FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Goranboyun Tatarlı kəndində 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı dərinliyi təqribən 12 metr olan su quyusundan sag-salamat çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
- Baxış: 769