KepezTV Player
İdman ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Gəncə idmanının uğurlarından danışılıb. Nizami yurdunun təmsilçilərinin ötən il beynəlxalq səviyyəli bir çox turnirlərdə müxtəlif əyarlı medallar qazandıqları diqqətə çatdırılıb. 2017-ci ildə gəncəli idmançıların 58 yarışa qatılaraq 74 qızıl, 64 gümüş və 56 bürünc medal əldə etdiyi qeyd olunub. İdmançıların nailiyyəti ilə yanaşı, məşqçilərin də fəxri adlara layiq görüldüyü vurğulanıb. Onlardan 2-si əməkdar məşqçi, 2-si fəxri bədən tərbiyəsi və idman xadimi, digər 2-si isə idman ustası adı alıb.
Orxan Cəfərzadə
- Baxış: 720