• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1793
— 02.03.2018 15:27

Gəncədə kainatın yaranması və inkişaf mərhələləri müzakirə olunub

KepezTV Player

Kainatın yaranması və inkişaf mərhələləri Gəncədə müəllim və tələbələr tərəfindən müasir elmi kəşflərlə təqdim olunub. Müşahidə olunan kainatın diametrinin hal-hazırda 91 milyard işıq ili olduğu və sonunun olub-olmadığının bilinmədiyinə diqqət çəkilib. Yer Planetinin formalaşdığı andan onda mütəmadi həm geoloji, həm də bioloji dəyişikliklərin baş verdiyi, orqanizimlərin durmadan inkişaf etdiyi, tektonik proseslərin canlılar üçün sığınacaq məkanı formalaşdırdığına nəzaər salınıb. Yerin həm daxilində, həm də səthində baş verən bütün proses və hadisələrin həmişə bir-birilə sıx əlaqədə olduğu vurğulanıb. Gəncə Dövlət Universitetində təşkil edilən seminar iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.