Qış hazırlıqlarını Antlayada davam etdirən “Kəpəz” növbəti oyununa çıxıb. Yunis Hüseynov yetirmələrini Subotiça “Spartak”ı ilə oyunda sınayıb. Serbiya təmsilçisi ilə qarşılaşma gəncəlilərin Türkiyədə 4-cü yoxlama görüşü olub. Qarşılaşma "Kəpəz"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Sarı-göylərdən İlkin Sadıqov və Dario Frederiko fərqlənib.
Yoxlama görüşü
31 yanvar
“Kəpəz” (Azərbaycan) – “Spartak” (Subotiça, Serbiya) - 2:0
Qollar: İlkin Sadiqov, 25, Dario, 72
Orxan Cəfərzadə
- Baxış: 734