KepezTV Player
Gəncə Dövlət Universitetində keçirilən Biologiya olimpiadasında qərb bölgəsi üzrə 400 məktəbli iştirak edib. 7-11-ci sinif şagirdləri arasında keçirilən olimpiada universitet-məktəb əməkdaşlığını genişləndirmək, məktəblilərin biologiya fənninə marağını artırmaq, həmçinin yuxarı sinif şagirdlərinin gələcəkdə ixtisas seçiminə köməklik göstərmək məqsədi daşıyıb. Təhsil Nazirliyinin dəstəyi ilə baş tutan olimpiadada məktəblilərin biliyi test üsulu ilə yoxlanılıb, təqdim edililən 30 sual biologiya, zoologiya, anatomiya və ekologiya sahəsinə aid olub.Bu cür olimpiadaların gələcəkdə həm digər elm sahələri, həm də bütün ixtisas qrupları üzrə keçirilməsi nəzərdə tutulur. Olimpiada testlərinin nəticələri və qaliblər bir həftə ərzində elan ediləcək.
- Baxış: 584