Yaşıllıqlara vurulan ziyan və ekoloji qanunpozmalara qarşı 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindan aparılan reyd 12 halın üzə çıxmasına səbəb olub. Aşkar olunan 3 fakt üzrə dəymiş ziyan aktlaşdırılaraq 2-si prokurorluq orqanlarına və inzibati xətalarla bağlı sənədlər icra qurumlarına göndərilib. bu il ərzində aparılan reydlər zamanı aşkarlanan son fakt isə şəhərin Natavan qəsəbəsində qanunsuz ağac kəsimi ilə bağlıdır.
Mahir Abdurəhmanov 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin sektor müdiri :15.02.2018- ci il tarixində tərəfimizdən keçirilmiş növbəti reyd zamanı şəhərin Natəvan qəsəbəsində qanunsuz ağac kəsilməsi faktı aşkar edilmişdir. Bu barədə tərəfimizdən inzibati protokol və dəymiş ziyanla bağlı akt tərtib edilmişdir. Nəzərinizə çatdırım ki, dəymiş ziyan 720 manat, inzibati xəta ilə törədilmiş xəta isə 2 min manat təşkil etmişdir.
- Baxış: 393