• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1791
— 26.02.2018 14:58

Gəncəlilər soyqırım qurbanlarının xatirəsini qanvermə aksiyası ilə anıblar

KepezTV Player

Gəncə ASAN Xidmət Mərkəzində Xocalı Soyqırımının 26-cı il dönümü ilə əlaqədar qanvermə aksiyası keçirilib. Mərkəzi Qan Bankının Gəncə bölməsinin tibbi personalı könüllü olaraq aksiyada iştirak etmək istəyənlərdən qan alıblar. Müraciət edənlər yalnız müvafiq yoxlamadan keçdikdən sonra qan verə biliblər. Gün ərzində 60-a yaxın insan könüllü olaraq qanvermə aksiyasında iştirak edib. Mərkəzi Qan bankının Gəncə bölməsində 100-dən artıq talassemiyalı, 60-dan artıq isə hemofiliyalı xəstə qeydiyyatdadır.

Namiq Cəfərov - Gəncə ASAN Xidmət Mərkəzinin direktoru: Məqsədimiz irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşlarımızın qana olan tələbatını ödəmək, olaraq dəstək olmaqdır. Mən onlara şəfa diliyirəm və hər kəsi bu aksiyada iştirak etməyə çağırıram.

Solmaz Zeynalova - Mərkəzi Qan Bankının Gəncə bölməsinin həkimi: 18 yaşından 65 yaşına kimi sağlam şəxslər: infeksion xəstəliklər keçirməyən, əməliyyat olunmayan, qanının faizi normal olan şəxslər donor ola bilərlər. Alınan qanlar müəyyən xəstəliklərə: Hepatit B, C, SPİD, Siflis xəstəliklərinə görə laboratoriyada yoxlanılır. Bir şəxsin, bir donorun verdiyi qan həm talessemiyalı, həm də hemofiliyalı xəstəyə köçürülür.

Anjela Musayeva - donar: Daha əvvəl də qanvermə aksiyasında iştirak etmişəm. İndi də qan verirəm. Özümü rahat hiss edirəm və fəxr edirəm ki, qan verirəm. Kiməsə köməyim dəyir. 

 

 

Gülnar Fazilqızı