• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1404
— 23.02.2018 14:23

“Azəri” mövsümün ikinci hissəsinə səylə hazırlaşır

KepezTV Player

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə keçirilən Azərbaycan birinciliyində qış fasiləsi başa çatmaq üzrədir. Qarşısına böyük hədəflər qoyan komandalar yarışa hazırlığı yüksək səviyyədə davam etdirirlər.

Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin 2006/2007-ci təvəllüdlü futbolçulardan ibarət komandası da belərindəndir. 11 və 12 yaşlıların ölkə birinciliyində “Azəri” adı ilə mübarizə aparan Orxan Verdiyevin yetirmələri Şəmkirdə hazırlıq keçirlər. Komanda yerli Olimpiya İdman Kompleksində bir həftəlik təlim-məşq toplanışındadır.  

Futbolçular gündə iki dəfə məşq edirlər. Toplanış dövründə yoxlama oyunlarının keçirilməsi da hazırlıq planlarına daxildir.

Uşaqlarla işləməyin çətinliyi olduğu kimi təlim-məşq toplanışının bu yaş qrupuna uyğun qayğıları var.

Orxan Verdiyev, komandanın baş məşqçisi: “Hazırlığımız plan üzrə gedir. Oyunçular səylə məşq edirlər. Yeganə çətinliyimiz uşaqların balaca olduğundan ev, ailə üçün darıxmasıdır. Amma xoş gələn amil onların işlərinə peşəkar yanaşmağa çalışmasıdır”.

“Azəri” komandası həm 11, həm də 12 yaşlıların birincliyində iki dövrədən sonra Gəncə zonası üzrə yarışlarda turnir cədvəlinin lideridir.

Azad Rəfi