İlk görüşdə "Estersund"u səfərdə böyük hesabla məğlub edən "Arsenal" rəqibini doğma meydanda qəbul edib. Bu mövsüm avrokuboklarda sürprizlər edən İsveç klubu səfərdə topçulara qalib gəlməyi bacarsa da mərhələ adlaya bilməyib. İlk yarıda iki dəqiqəyə eyni sayda qol vuran qonaqların ümidini fasilədən sonra “Arsenal” dəfn edib. Səid Koloşinats yekun hesabı müəyyənləşdirib. 1:2.
Şotlandiyada keçirilən ilk oyunda minimal hesabla uduzan Zenit doğma divarlar arasında Seltikə divan tutub. Piter klubu künc zərbəsinin davamında Branislav İvanoviçin baş zərbəsi ilə hesabı açıb. İlk yarımsaatın tamamına az qalmış fərq iki topa yüksəlib. Daler Kuzyaev hədəfi dəqiq nişan alıb. Oyunda son nöqtəni ikinci hissədə Aleksandr Kokorin qoyub. 3-0. Bu cür hesablı qələbə sayəsində “Zenit” 1/8-ə adlayıb.
“Qarabağ”ın sabiq rəqibləri “Atletiko” ilə “Kopenhagen” cavab matçında Madriddə üz-üzə gəliblər. Səfərdə qazanılan 4:1 hesablı qələbə ispanları qane etdiyindən onlar evdə özlərinə əziyyət verməyiblər. Simyonenin komandası “Vanda Metropolitano”da Kevin Kameyorunun qolu ilə oyundan qalib ayrılıb.
“Atalanta”nı Dortmundda minimal fərqlə məğlub edən “Borussiya” İtaliya qollu heç-heçə oynayıb. İlk yarıda yekin duruma düşən qonaqlar yalnız görüşün sonuna 7 dəqiqə qalmış məğlubiyyətdən xilas olublar. Almanların bərabərlik qoluna Şmeltser imza atıb. 1-1.
Bolqarıstanda “Ludoqorets”ə 3 cavabsız qolla qalib gələn “Milan” doğma meydanda rəqib qapısından cəmi bri qol keçirməyə nail olub. İtalyanları Fabio Borini sevindirib.
1-0 hesabı “Lokomotiv”– “Nitsa” oyununda qeyd alınıb. Burdada ev sahibləri qələbə qazanan tərəf olub. İqor Denisovun məhsuldar zərbəsi sayəsində dəmiryolçular səfərdə olduğu kimi evdə də rəqibinə qalib gəliblər.
İlk oyunda Neapolda “Leyptsiq”ə 1-3 hesabı ilə uduzan “Napoli” təkrar görüşdə bunun əvəzini çıxmağa çalışıb. Amma Almaniyada hər hissədə bir qol vuran qonaqlar evdə qeydə alınan hesabın badına gediblər. “Napoli” adına Pyotr Zelinski və Lorense İnsinye fərqlənib.
Avropa Liqası
1/16 final (cavab oyunları)
22 fevral
“Lokomotiv” (Rusiya) – “Nitsa” (Fransa) - 1:0
Qol: Denisov, 30
İlk oyun: 3:2
“Atletiko” (İspaniya) – “Kopenhagen” (Danimarka) - 1:0
Qol: Qameyro, 7
İlk oyun: 4:1
“Dinamo” (Ukrayna) – AEK (Yunanıstan) - 0:0
İlk oyun: 1:1
“Latsio” (İtaliya) – “Styaua” (Rumıniya) - 5:1
Qollar: İmmobile, 7, 43, 71; Bastos, 35; Anderson, 51 - Qnohere, 82
İlk oyun: 0:1
“Viktoriya” (Çexiya) – “Partizan” (Serbiya) - 2:0
Qollar: Krmençik, 67; Çermak, 90+4
İlk oyun: 1:1
“Leyptsiq” (Almaniya) – “Napoli” (İtaliya) - 0:2
Qollar: Zelinski, 33; İnsinye, 86
İlk oyun: 3:1
“Sportinq” (Portuqaliya) – “Astana” (Qazaxıstan) - 3:3
Qollar: Dost, 3; Fernandes, 53, 63 - Tomasov, 37; Tvumasi, 80; Şomko, 90+4
İlk oyun: 3:1
“Vilyarreal” (İspaniya) – “Lion” (Fransa) - 0:1
Qol: Traore, 86
İlk oyun: 1:3
“Zenit” (Rusiya) – “Seltik” (Şotlandiya) - 3:0
Qollar: İvanoviç, 8; Kuzyayev, 28; Kokorin, 61
İlk oyun: 0:1
“Milan” (İtaliya) – “Ludoqorets” (Bolqarıstan) - 1:0
Qol: Borini, 21
İlk oyun: 3:0
“Arsenal” (İngiltərə) – “Ostersund” (İsveç) - 1:2
Qollar: Kolaşinats, 47 - Aieş, 22; Sema, 23
İlk oyun: 3:0
“Atalanta” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya) - 1:1
Qollar: Toloi, 11 - Şmeltser, 83
İlk oyun: 2:3
“Atletik” (İspaniya) – “Spartak” (Moskva, Rusiya) - 1:2
Qollar: Etxeita, 57 - Adriano, 44; Melqarexo, 85
İlk oyun: 3:1
“Braqa” (Portuqaliya) – “Marsel” (Fransa) - 1:0
Qol: Horta, 31
İlk oyun: 0:3
“Zalsburq” (Avstriya) – “Real Sosyedad” (İspaniya) - 2:1
Qollar: Dabbur, 10; Berişa, 74 (pen.) - Navas, 28
İlk oyun: 2:2
Azad Rəfi
- Baxış: 547