2017-ci ildə Aqrolizin ASC-nin xətti ilə ölkədə 7 adda 100 min tondan artıq mineral gübrənin 70% güzəştlə təsərrüfatlara satılması həyata keçirilib. Bunun 5 min tonu Aqrolizinqin Şəmkir Regional Nüayəndəliyinin payına düşüb. Ötən il ərzində 540 ailə fermer təsərrüfatının müraciəti əsasında verilən gübrələri azot, amafor, amonium, kalium, karbonit, nitrat və superfosfat təşkil edib. Fermerlərin bu sahəyə artan tələbatı nəzərə alınaraq 2018-ci ildə nümayəndəliyə 7 min tondan artıq gübrənin gətirilıməsi nəzərdə tutulur.
Azər Əliyev Aqrolizin ASC-nin Şəmkir Regional Nüayəndəliyinin direktoru: Pessisitlərlə bağlı vəziyyət belədir ki, 7 adda satışını həyata keçriirik tələbat çoxdur. Alaq otlarına, ziyanvericilərə və digər zərəvericilərə qarşı sahələrdə istifadə olunur. Bunuda dəyərinin 70% dövlət tətəfindən ödənilir, yerdə qalan 30% isə fermer tərəfindən ödənilərək alınır.
Nümayəndəlik gübrə və ressisitlərın satışı ilə yanaşı sahələrdə kimyəvi dərmanlama işlərinin aparılması üçün texnikaları fermerlərə güzəştli şərtlərlə də təklif edir.
İsgəndər Alıyev fermer: Sahələrimiz üçün əsasən azot gübrəsindən istifadə edirik. Hər hektara düşən normativ isə 238 kioqram olmaqla kimyəvi səpini aparırıq. Mineral gübrələrin torpağa verilməsi nəticəsində doəurdan da məhsuldarlıq xeyli artıb. Belə ki, sahələrdən hər hektardan 30 sentnerdən artıq məhsul əldə etmişik.
Yağışlı hava hazırda sahələrə mineral gübrələrin verilməsinə imkan vermir.
- Baxış: 1770