Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən hissəsində qəza olub. "VAZ-2109" markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə minik maşınının sürücüsü – Goranboyun Xanqərvənd kənd sakini Sabit Abbasov, həmyerliləri olan sərnişinlərləri – 31 yaşlı Arzu Abbasova və 8 yaşlı qızı Tutu Abbaslı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücünün vəziyyəti yaxşı olduğundan xəstəxanaya müraciət etməyib. Sərnişinləri isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Paytaxtda da ağır yol qəzası baş verib. Motosiklet minik avtomobili ilə toqquşub. Qəza anı hadisə yerinin yaxınlığındakı marketin nəzarət kamerası vasitəsi ilə anbaan qeydə alınıb. Yol kənarında dayanan minik avtomobilinin sürücüsü hərəkətə başlayan zaman qəfil sola dönmə əməliyyatı edib. Sürücünün diqqətsizliyi səbəbindən o sürətlə gələn motosikleti görməyib. Qəza zamanı motoskleti idarə edən sürücü bir neçə metr kənara düşərək xəsarətlər alıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırlıb. Hadiə yerinə cəlb edilən polis əməkdaşları müayinələr aparıblar. Motosklet və avtomobil cərimə meydançasına yerləşdirilib. Cəlilabad rayonunda avtomobil yolu keçmək istəyən piyadanı vurub. Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində Biləsuvar rayonu Amankənd kənd sakini, 36 yaşlı Mahir Əbilov magistralın qarşı tərəfinə keçmək istəyərkən naməlum avtomobillə vurulub. Hadisəni törədən sürücü qaçıb. Yaralı ətrafdakıların köməkliyi ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktlarla əlaqədar araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 1121