• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1851
— 12.02.2018 14:46

Goranboyda avtomobil yolları yenidən qurulur

KepezTV Player

2018-ci ildə reallaşdırılması nəzərdə tutulan 63 kənd və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması layihələri çərvisində Goranboyda təmir işlərinə start verilib. Layihəyə əsasən, ümumi uzunluqları 34 km olan və 20 yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulur. Bu yollardan biri də Dəliməmmədli-Alpout avtomobil yoludur. Uzunluğu 14 km olan yolun təmiri yekunlaşdıqlan sonra asfalt-beton örtüyü salınacaq. Yenidənqurma işləri Goranboyun Hazırəhmədli, Göynüyən və Qarasuçu kəndlərinə gedən avtomobil yolunda da aparılır.

Anar Nəcəfli - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şöbə rəisi: “Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti ilə texnoloji ardıcıllıqla həyata keçirilən işlərin davamı olaraq qum-çınqıl qarışığından ibarət yol əsasının tikintisi ardınca isə 2 laydan ibarət asfalt-beton örtüyünün salınması işləri aparılacaq”.

Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun yenidən qurulmasında əsas məqsəd odur ki, yol boyu yaşayan vətəndaşlarımızın Goranboy rayonunun Dəliməmmədli şəhərinə rahat gediş-gəlişi təmin olunsun, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu vasitəsi ilə respublikamızın istənilən istiqamətinə hərəkət etmək mümkün olsun. 

 

Xaliq Qurbanlı