• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 671
— 05.02.2018 15:22

Gəncədə Ümumdünya Xərçənglə Mübarizə Günündə maraqlı aksiya təşkil olunub

KepezTV Player

Regional İnkişaf İctimai Birliyinin təşəbbüsü, Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə şəhər sakinləri məlumatlandırılıb.

“Xərçəng xəstəliyi ilə mübarizəyə qoşul!”, “Xərçəng xəstəliyinə birgə qalib gələk!” şüarları altında təşkil olunan aksiya zamanı insanlara buklet və braşürlər paylanılıb, onlara xərçəng xəstəliyi, onun yaranma səbəbləri və müalicə yolları barədə məlumatlar verilib.

Azad Kərimli - Səhiyyə Nazirliyinin baş onkoloqu: “Məqsədimiz, əhalidə xərçəng xəstəliyinə qarşı olan o xofun aradan götürülməsidir. Onları inandırmaq istəyirik ki, bu xəstəlik tam sağalan xəstəlikdir. Onlarda ümid yaradıb, vaxtında həkimə müraciət etmələrinin vacibliyini anlatmaqdır. İnandırıram tamaşaçılarımızı da, burada olan aksiya iştirakçılarını da, bu tam sağalan xəstəlikdir. Bundan qorxmaq lazım deyil”.

Keçirilən aksiya şəhər sakinlərinin də diqqətini çəkməyi bacarıb. Onlar verilən məlumatları faydalı hesab ediblər.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da xərçəng xəstələrinin sayı artmaqdadır. Bununla belə, Respublikada xərçəng xəstələrinin sayı qonşu dövlətlərlə müqaisədə azdır.

Azad Kərimli - Səhiyyə Nazirliyinin baş onkoloqu: “Dünyada, o cümlədən də Azərbaycanda qadınlarda əsasən süd vəzisinin və uşaqlıq boynunun xərçənginə rast gəlinir. Kişilər arasında isə ağ ciyər, traxeyə və prostat vəzinin xərçənginə daha çox təsadüf olunur. Dünyada necə, bizdə də elə”.

Bir faktoru unutmayaq: onkoloji xəstəliklərə tarixin xüsusi bir günü yox, mütəmadi diqqət çəkməliyik. Xərçəng xəstəliyi ilə tək-tək yox hamılıqla mübarizə aparıb, onu yaradan faktorların aradan qaldırılmasına çalışmalıyıq. - aksiyanın tezsi belə olub.

 

Gülnar Fazilqızı