• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1849
— 05.02.2018 15:18

Goranboyda 15 yaşayış məntəqəsi yeni yolla birləşdirilir.

KepezTV Player

Prezident İlham ƏIiyevin sərəncamı ilə yenidən salınan Dəliməmmədli-Muzdurlar-Qırıqlı yolu 15 min nəfər əhalinin yaşamına müsbət təsir göstərəcək.

Sovet dönəmində salınan yolun uzunluğu 20 kilometrdir. Bu müddətdə aşınan yoldan istifadə edənlər rahat və vaxtında mənzil başına çatmalarının arzusundadır. Digər tərəfdən maddi imkanlarının yaxşılaşdırılması və becərdikləri məhsulların bazarlara çıxarılmasında da yolun əhəmiyyəti böyükdür.

Əli Məmmədov - sakin: Bizim məhsullarımızın bol olmasına baxmayaraq, yolumuz narahat olduğu üçün məhsulun daşınması və avtomobil sarıdan əziyyət çəkirdik. Çox baha qiymətə gəlirdi maşınlar yüklərin daşınması üçün bu da yolun naratah olması ucbatından idi.

Səbahət Bayramova - sakin: Bizim kəndimizdə yollarımızı düzəldirlər, çox gözəldir. Əziyyyət çəkrdik, evdə bir xəstə olan kimi getməyə maşın tapmırdırq. Sürücülər deyirdilər ki, yollarınız çox narahatdır. Dəliməmmədlidən kəndə getmək üçün taksilər boyun qaçırırdı. Elə əkin, biçinimizi daşımaq üçündə yol çox mane olurdu.

İltifat Mahmudov - sürücü: Əvvələr tez-tez maşınımızın müxtəlif yerləri xarab olurdu. Bu da bizə maddi ziyan verirdi. Ümid edirəm ki, bundan sonra lap yaşı olacaqdır.

Dövlət büdcəsindən ayrılan 5,7 milyon manat vəsait hesabına yenilənən yolda hazırda, yataq hissə və yolun çiyinləri qurulur.

Ruslan Muradov - baş mühəndis: Hava imkan verən kimi asfalt örtüyü salınacaqdır. Yolda süni qurğularda işlənilir. Bu məqsədlə 20 ədəd dəmir beton və 18 ədəd dəmir su ötürücü qurğular yenidən qurulub. Yoluun gediş gəliş hissəsi 6 metr, ümumi eni isə 10 metr olacaqdır. İnşa olunan yol 4-cü texniki dərəcəli yolun tələbləri səviyyəsində hesablanıb.

Bu layihə ilə paralel olaraq,yaxın zamanlarda prezidentini sərəncamı ilə 14 km uzunluğu olan Dəliməmmədli, Quşçular, Alpout, Faxralı yolunuda əsaslı şəkildə yenidən qurulmasına başlanılacaq.

 

Xaliq Qurbanlı