Buna qədər isə şəhərdə İdman Sarayının tikintisi, 8 futbol meydanşasının salınması, mövcud olimpiya idman komplreksinin yenidən qurulması və Gəncə Təhsil İdman Mərkəzinin rekonstruksiyası planlaşdırılır. Gənclər günü münasibətilə şəhər rəhbərliyi ilə gənclərin görüşündə eləcə də 10-a yaxın gənc işlə təmin olunub, Gəncənin ali və orta ixtisas təhsili müəssisələrində oxuyan şəhid ailələri və Qarabağ əlillərinin övladları, habelə valideyinlərindən biri və ya hər ikisini itirən 40-a yaxın tələbə təhsil haqqından azad edilib. 2017-ci ildə göstərdiyi xüsusi fəallığa görə müxtəlif dövlət qurumu və gənclər təşkilatları, habelə gənclər Gəncə şəhər İcra Hakimiyyətinin “Təşəkkürnamə” və “Fəxri Fərman”ı ilə təltif olunublar. Seçilən gənclər arasında “ARB Kəpəz” kanalının əməkdaşı Elnur Şabanzadə də var.
Müşfiq Cəfərov - Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: Gəncədə 3-ü universitet, 3-ü kollec nəznində olmaqla, ümumilikdə 6 gənclər təşkilatı fəaliyyət göstərir. Bundan başqa 8 QHT, 6 klubumuz var. Bunların hər birində 100-lərlə gənc cəmləşir. Bu gün Gəncədə təhsil alan gənclərin sayı da təxminən 15 mindən artıqdır. Bu da bizə imkan verir ki, bu tədbirləri, məhz gənclərin iştirakı ilə, yüksək səviyyədə reallaşdıraq.
Gülnar Fazilqızı
- Baxış: 1067