• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2428
— 02.02.2018 13:21

Salyan sakininin üzərindən tiryək aşkar edildi

KepezTV Player

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat tədbirləri keçiriblər. Əməliyyat zamanı Salyan şəhər sakini, 24 yaşlı Seyfəddin Fərəcov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli yarımqol dəri gödəkçəsinin cibindən 7 ədəd sellofon bükümdə olan tiryək aşkar edilərək götürülüb. Ümumi çəkisi 48 qramdan artıq olan narkotik vasitələr maddi sübut kimi götürülərək şöbəyə gətirilib. Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. 

 

Zülfiyyə Telmanqızı