• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2267
— 01.02.2018 16:13

Gəncədə daha çox kommunal-təsərrüfata və özəl sahələrə işçi tələb olunur

KepezTV Player

Gəncədə iş axtaranlar üçün xəbərimiz var. Şəhərdə müxtəlif sahələr üzrə 633 boş iş yeri mövcuddur. Təklif edilən nə kimi işlərdir və nə qədər əmək haqqı verilir, sujetdə izləyək.

 Fərhad Məsimov sakin:Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyində yaşılllaşma şöbəsi var. Mən həyat yoldaşımı ora düzəltmək istəyirəm. Ora müraciət elədim göndərdilər ki, arayış gətir işə qəbul edək.

Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunun müvafiq maddələrinə uyğun olaraq hər bir müəsisədə yaranan iş yeri barədə 5 gün ərzində müvafiq məşğulluq mərkəzinə təstiq olunmuş hesabat forması ilə məlumat verməlidir. Mərkəzdə işsiz kimi qeydiyyata alınan vətəndaşa isə ixtisasına uyğun olaraq müvafiq iş yerləri təqdim olunur, sonrakı mərhələdə göndriş verilərək işlə təmin olunur. Gəncə şəhər Kəpəz rayon Məşğulluq Mərkəzində ötən il işsiz kimi qeydiyyata alınan 2370 nəfərdən 1006-sının bu formada nə.ğulluğu təmin edilib.

Nazim Cəfərov Gəncə Şəhər Kəpəz Rayon Məşğulluq Mərkəzinin direktor müavini: 2018-ci ilin yanvar ayında mərkəzə 700 nəfərə yaxın iş axtaran vətəndaş müraciət edib. Onlardan və ötən il qeydiyyatda da olanlarala birlikdə 710 nəfərə yaxın iş axtaran vətəndaş müvafiq iş yerlərinə göndəriliblər. Hazırda mərkəzdə 297 boş iş yerləri var. Əsasən isə komunal müəsissələrində, səhiyyə təşkilatlarında, ticarət müəsisələrində müvafiq təhsil ocaqlarındadır.

Nizami rayonu üzrə isə 1744 nəfərdən 1054-ü ötən il 120-250 manat arası məvaciblə işlə təmin olunub. 199 nəfərə işsiz statusu verilib.

Məzahir Mənsumov Gəncə Şəhər Nizami Rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi: Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyində 150 nəfərlik boş iş yerimiz var. Gəncə şəhər Qənnadı, özəl təşkilatlarda boş iş yerimizin ümumi sayı 336 nəfərdi. Bizə müraciət edənləri isə qəbul edib müvafiq işlə təmin edirik.

Sadalanan vakant yerlər üzrə təklif edilən əmək haqqı 300 manat cıvarındadır. Bu il ərzində Gəncədə keçiriləcək iki əmək yarmarkasının məşğulluğun təmin edilməsinə töhfə verəcəyi  düşünülür.

Elnur Vahidoğlu