İt burnu, yeralması, boranı, pərpətöyün kimi bitkilərdən də çörək hazırlanmasında istifadə etmək mümkündür. Bu qənaətə aparılan araşdırmalar nəticəsində Gəncədə gəlinib. Respublika ərazisində yabanı halda 500-ə yaxın yeyilə bilən tərəvəz məhsulunun yetişməsinə baxmayaraq, onların istifadəsi cuzi miqdardadır. Bu fakt nəzərə alınaraq onlardan yeni çeşidli qida məhsulları hazırlanıb. Əməkdaşımız Gülnar Fazilqızı mövzu ilə bağlı UTECA-nın Qida Mühəndisliyi Fakultəsinin dekanı Mərdan Tağıyevlə həmsöhbət olub. İzləyək...
Mərdan Tağıyev - UTECA-nın Qida Mühəndisliyi Fakultəsinin dekanı: “Bu hər kəsin yaxşı tanıdığı yeralmasıdır. Respublikamızda bu yabanı halda bitir, lakin ondan heç bir qida məhsulunun hazırlanmasında istifadə olunmur. Biz həmin o yeralmasını bioloji aktiv vəziyyətə gətirdikdən sonra qurudulub, un halına salmışıq və çörək istehsalı zamanı ondan istifadə texnologiyasını mənimsəmişik”. İnulinlə zəngin olan yeralması unu şəkər xəstəliyinin ilkin mərhələsində faydalı ola bilir. Eyni texnologiya ilə yabanı halda bitən pərpətöyün bitkisindən də un hazırlanıb. 1 kvm sahədən 5 kiloqrama yaxın yaşıl kütlə toplamaq mümkündür ki, bu da 1 kiloqrama yaxın un deməkdir. Bu məhsuldan hazırlanan çörək, pəhriz zamanı istifadə oluna bilər. Əhali arasında geniş istifadə olunan it burnu bitkisinin tumları da faydalı hesab olunur.
Mərdan Tağıyev - UTECA-nın Qida Mühəndisliyi Fakultəsinin dekanı TEXT: “Toxumun tərkibi E Vitamini ilə zəngindir. Onun tərkibində 27 mlqram faizdək E Vitamini var. O antioksidant xüsusiyyətə malikdir. Antioksidant xüsusiyyətə malik olduğu üçün məhsulların saxlanma müddətini arıtırır”.
Çeşidli qida məhsullarının hazırlandığı bitkilərdən biri də boranıdır. Bu tərəvəzin istifadəsi zamanı bitkinin 25 faizi itkiyə gedir. Mütəxəsislər bu rəqəmi demək olar ki 0-ra endiriblər.
Mərdan Tağıyev - UTECA-nın Qida Mühəndisliyi Fakultəsinin dekanı: “Gördüyünüz bu sukat (meyvə qurusu) balqabaqdan hazırlanıb. Bunun özəlliyi 3-4 il saxlanıla bilməsidir. Sukat istehsal olunanda müəyyən şirə çıxımı əmələ gəlir. Ondan biz yeni çeşidli şərbət işləyib hazırlamışıq. 2017-ci ilin məhsuludur. Biz bilirik ki, balqabağı soyanda qabıq hissəsi qalır tullantı şəklində. Bax, bu qabıqdır. Onu qurudub, un halına salmışıq. Bundan da çörək istehsalında, və ya çörək çubuqlarının istehsalında istifadə etməyi planlaşdırırıq.
UTECA-nın Qida Mühəndisliyi Fakultəsində aparılan araşdırmalar nəticəsində 26 adda meyvə, tərəvəz və onlardan alınan tullantıların istifadəsi ilə müxtəlif balzamlar da hazırlanıb. Gələcəkdə bu məhsulların UTECA brendi olaraq kütləvi satışı nəzərdə tutulur.
Gülnar Fazilqızı
- Baxış: 556