Kia şirkəti Stinger fastbəkini Porsche Panamera və BMW 6 seriyalı Gran Coupe avtomobilləri ilə müqayisə edib. Yarışda 0-dan 96 km/saatadək sürətlənmə, dönmələrdəki sürət, ilanvari dönüşlər və trekdə dairəvi yolu qət etmək vaxtı yoxlanılıb. Avtomobilləri idarə edənlər isə Sports Car Club of America (SCCA) yarışının pilotları – Geri Tomason, Corc Gogeynis və Ken Motonişi olub. Testdə Stingerin 370 at güclü 3,3 litrlik motoru olan versiyası iştirak edib. Belə bir xarakteristikaya malik maşın “yüzü” 4,9 saniyəyə yığır. 3,0 litrlik V6 motorlu Panameraya və BMW 640i-ya qarşı sınaqda fastbək 96 km/saat üçün 4.6 saniyə sərf edərək alman maşınları qabaqlayıb. Dönmələri yerinə yetirərkən də Kia daha yüksək nəticə göstərib. Amma ilanvari gedişdə Stinger 101 km/saat göstəriciyə malik olub və Panameradan geri qalıb. Dairəvi yola gəldikdə, Stinger modeli bu yolu 45,7 saniyəyə qət edib, Panamera 16, BMW isə iki saniyə gecikib.
Cavanşir Məmmədzadə
- Baxış: 502