KepezTV Player
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan yarış yerli Olimpiya İdman Kompleksində düzənlənib. Həm qızlar, həm də oğlanlar arasında reallaşan turnirdə uşaq və yeniyetmələr qüvvəsini sınayıb. Medallar uğrunda 8-16 yaşarası 120-dən çox karateçi mübarizə aparıb. Tatami üzərində Gəncə idmançıları ilə yanaşı, Bakı, Sumqayıt, Şəki, Qazax, Tovuz və Şəmkir komandasının üzvləri də bacarığını nümayiş etdirib. İlk dəfə təşkil olunan turnirdə Gəncə karateçiləri özlərini ən yaxşı tərəfdən göstəriblər. Belə ki, əldə olunan medalların əyarına və sayına görə Nizami yurdunun idmançıları komanda hesabında birinci olublar. Sumqayıt 2-ci, Şəmkir 3-cü yeri tutub. Sonda qeyd edək ki, Gəncə yarışı respublika birincliyinə hazırlıq xarakteri daşıyıb.
Azad Rəfi
- Baxış: 691