• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1275
— 22.01.2018 13:19

Oğurluq etmək istəyənin üzü yandı

KepezTV Player

Şin kəndində, fərdi yaşayış evində yanğın olub. Hadisə Əmrullah Kazımova məxsus ümumi sahəsi 180 kv/m olan birmərtəbəli 3 otaq və şüşəbənddən ibarət evdə meydana gəlib. Əraziyə dərhal Şəki Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində 25 kv/m-lik bir otağın yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə və şüşəbəndin tavanı 24 kv/m-lik sahədə yanıb. Yanğın zamanı evdə olan 6 aylıq Özcan Kazımov üz nahiyəsindən yüngül yanıq xəsarəti alıb. Onu dərhal Şəki MRX-nin uşaq cərrahiyə şöbəsinə çatdırıblar. İlkin yardım göstərildikdən sonra uşaq ambulator müalicə üçün evə buraxılıb.

Tovuzda da yerli sakin yanıq xəsarətləri alıb. Rayonun Yuxarı Öysüzlü kənd sakini, 28 yaşlı Emil Mehralıyev üz nahiyəsindən yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumatlara görə, Mehraliyev oğurluq məqsədi ilə başqasının evinə daxil olub və bu zaman ev sahibi onun üzünə qaynar su atıb. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı