Bu gün səhər saatlarında Xızı rayonunda qətl hadisəsi qeydə alınıb. Giləzi qəsəbə sakinləri - 38 yaşlı Vaqif Cəfərovun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə 41 yaşlı Qabil Məmmədovun idarə etdiyi “VAZ 21 06” markalı maşın toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Nəticədə Məmmədov Vaqif Cəfərovu sinəsindən bıçaqlayaraq öldürüb. Hadisədən sonra Qabil Məmmədov qaçıb. Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 479