• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1677
— 15.01.2018 10:03

BMW-in ilk ön ötürücülüsünü yenilədilər və “robotlaşdırdılar”

BMW şirkəti özünün ilk ön ötürücülü 2 seriya Active Tourer kompaktveni və onun yeddi yerlik Gran Tourer versiyasını yeniləyib. Modellərin əsas yeniliyi bir cüt muftalı 7 pilləli robotlaşdırılmış sürət qutusu qazanmasıdır. “Robot” bütün modifikasiyalarda olan mexaniki sürət qutusuna əvəzedici kimi təklif edilir. BMW 2 seriya Active Tourer yenilənmədən sonra 109, 140, 192 və 231 at güclü benzin, eləcə də 116, 150 və 190 at güclü dizel motorla, həmçinin hibrid güc sistemilə işləyəcək. Gran Tourer üçün hibrid və 231 at güclü benzin motor istisna olmaqla hamısı əlçatandır. Mühərriklərin hamısı təkmilləşməyə məruz qalıb və indi daha az tullantı ifraz edir. Avtomobillərin dizaynına əl gəzdirilib: radiator barmaqlığı bölməsi genişləndirilib, bamperlər dəyişdirilib, əlavə ödəniş hesabına isə LED işıqlar quraşdırmaq mümkündür. İçəridə alətlər paneli indi fərqli görsənir. Müəyyən qədər ödəniş hesabına 6.5 və ya 8,8 düymlük sensor ekranlar quraşdırmaq olar. Yeni kompaktvenlərin Avropada satışı mart ayından başlayacaq.

 

Cavanşir Məmmədzadə