1905-ci ildən istismara verilən Azərbaycanın ilk Pambıq qəbulu və istehsalı məntəqəsi sayılan Dəliməmmədli Pambıq Təmizləmə zavodunun fəaliyyəti bərpa olunur. Müəssisədə dünya bazarı üçün yüksək keyfiyyətli mahlıç istehsalını aparmağa imkan yaranacaq.
1 əsrdən artıq yaşı olan Dəliməmmədli Pambıqtəmizləmə zavodunun inkşaf dövrü sovetlər dönəmində qeydə alınıb. O vaxtlar zavod ölkənin müxtəlif bölgələrindən, hətta Orta Asiyadan pambıq tədarük edib. İllik 40 min ton mahlıc istehsal edərək xaricə satışını həyata keçirib. 90-ci illərdən sonra Azərbaycanda pambıqçılığa marağın azalması zavodun 2008-ci ildə fəaliyyətini tam dayandırmasına səbəb olub. Uzun müddət baxımsızlıqdan əziyyət çəkən tarixi istehsal sahəsi 2017-ci ildən fəaliyyətini bərpa etməyə başlayıb. Bu məqsədlə zavodun sexləri yenidən qurulub, avadanlıqları təzələnib. Ötən il 1000 ton pambıq tədarük olunub və mahlıc istehsal edillib.
Əzizağa Ağayev - "Goran Coton" MMC-nin baş aqronomu: Bizim istehsal etdiyimiz mahlıç çox təmiz olduğu üçün dünya bazarına çıxarılır. İl ərzində planlaşdırırıq ki, 300-400 ton mahlım istehsalını aparaq və xarici bazara çıxaraq.
Müəssisə pambıq istehsalı zamanı əldə olunan çiyidin çeşidlənməsini də aparıb. Hazırda 170 ton texniki və əkin üçün yararlı olan çiyid tədarük olunaraq qablaşdırılır.
Mübariz Abbasəliyev - müəssisənin aqronomu: Toxumluq çiyid 50 ton istehsal etmişik. Qablaşdırılması aparılır və 2018-ci məhsul ilində fermerlərə satışı həyata keçiriləcəkdir. 1 kiloqram toxumluq çiyidin qiyməti 40 qəpikdir. Texniki çiyidimizdə malqaranın yemlənməsində istefadə olunur. Bu çiyidi də fermerlərə satışını həyata keçiririk.
Müəssisə bu il fermerlərlə bağlanılan müqavilənin şərtlərini yerinə yetirmək üçün 25-ə yaxın müxtəlif təyinatlı texnikanı da saz vəziyyətə gətirir. Bundan başqa bölgədə pambıqçılığı daha da inkişaf etdirmək məqsədilə fermerlərə toxum, gübrə və herbisitlər güzəştli şərtlərlə verilir.
Xaliq Qurbanlı
- Baxış: 2334