• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2355
— 10.01.2018 13:32

10 min manatlıq qızıl oğurlayanlar tutuldu

KepezTV Player

Abşeron rayonu Masazır qəsəbə sakini Məhəmməd Məmmədov yanvarın 6-da polisə müraciət edərək yaşadığı evdən təxminən 10 min manat dəyərində qızıl oğurlandığını bildirib. Abşeron rayon polis idarəsi və DİN-Baş Cinayət Axtarış Idarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, cinayət aləmində Malış Ramin ləqəbi ilə tanınan, 29 yaşlı Ramin Həmidov və 33 yaşlı Həsən Əliyev saxlanılaraq istintaqa təqdim olunub.Faktla bağlı Abşeron Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir. 

 

Zülfiyyə Telmanqızı