• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2203
— 09.01.2018 13:07

Qərb qapısına gedən yolun kənarı yaşıllaşdırılır

KepezTV Player

Tovuzdan Qazağadək olan magistral yolun kənarında payız əkinini yekunlaşdıran 10 nömrəli Regional Avtomobil Yollarının Yaşılllaşdırması və  Ekologiyası müəssisəsinin əməkdaşları yaz əkininə hazırlıq görür. Ərazi tullantılarından təmizlənir, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilir.

Tovuz, Ağstafa və Qazax rayonları ərazisindən keçən magistral yol kənarlarının yaşıllaşdırılmasını həyata keçirən tərəfindən bu mövsüm sözügedən ərazisində 10 mindən çox ağac əkilib. Hazırda, əvvəl əkilən ağaclara  aqrotexniki qulluq göstərilməklə yaz əkin mövsümnə hazırlıq işləri aparılır.

Osman Salahov mühəndis: Havalar  yaxşı keçir. İndidən quyular qazırıq ki yazda işimiz asan olsun. Çünki bir azdan həmin quyulara qar yağır və yağış suları dolur və nəmişlik yaradır.

Yol kənarına əkilən ağaclar müəssisənin  tinklik təsərrüfatlarında yetişdirilir. Əsasən meyvə, şam və göyrüş ağaclarının əkilməsi ilə yanaşı, yol kənarına gül kolları da basdırılıb. Suvarma üçün xüsusi avtomobillərdən istifadə olunur.

Osman Salahaov mühəndis: Bura Qazax-Ağstafa rayonunun elə bir əraziusidir ki, bu hissədə gediş-gəliş daha çoxdur. Ona görə də biz qızıl gül kolları əkirik ki, daha gözəl görünsün.

Əkilən ağaclara müəssisənin kollektivi tərəfindən mütəmadi qulluq göstərilir.

Natiq Hüseyn