Ölkə ərazisində yol nəqliyyat hadisələrinin sayının azalmasına nail olmaq üçün Dövlət Yol Polisi xüsusi rejimdə çalışır. Bayramqabağı və bayram günlərində yollarda hərəkətin tənzimlənməsi məqsədi ilə Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin şəxsi heyəti də gücləndirilmiş iş rejimində çalışır.
Hədəf sürücülər və piyadadalardır. Yol hərəkət qaydalarına əməl etməyərək qəza şəraiti yaradanlarq qarşı tədbirlər gücləndirilir.
Vasif Rüstəmov Gəncə Şəhər DYP Şöbəsinin təbliğat və təşviqat üzrə inspektoru:O cümlədən avtomobilləri sərxoş vəziyyətdə idarə edən, sürət həddini aşan, ötmə əməliyyatını düzgün yerinə yetirməmə, qarşıdan gələn hərəkət zolağına çıxma, yol ayrıcını keçmə qaydalarını pozan sürücülərə qarşı ciddi tədbirlər görülür.
Piyadaların iştirakı ilə baş verən qəzalara əsasən sakinlərin hardan gəldi yolu keçmək istəyi səbəb olur. Yer altı və yer üstü piyada keçidlərindən istifadə etməyənlər, qəfil yola çıxanlar qəza vəziyyəti yaradır, həm öz, həm də sürücülərin həyatını təhlükəyə atırlar.
Piyada keçidindən istifadə etməyən sakinlər sürücülər üçün çətinlik yaradırlarımı?
sürücü: Piyada keçidi ola-ola başqa yerdən keçirlər. Getdiyin yerdə bir də görürsən ki, qabağına adam çıxdı. Hazır piyada keçidləri var da, yığılsınlar ordan keçsinlər. Sürücü də bilsin ki, qarşıda piyada keçidi var, sürəti azaltsın.
sürücü: Həm özləri üçün, həm də bizim üçün təhlükədir doğurdan da. Şükür Allaha hər yerdə piyada keçidləri var. İstifadə etmək lazımdır. Elə bizim dayandığımız yerdə çox gözəl, təmiz piyada keçidləri var. İstifadə etsin sakinlər.
sürücü: İnsanlar bilməlidirlər ki, keçiddən keçməyən piyadanı avtomobil vurursa, xəsarət yetirirsə bunun günahı sürücüdə yox, piyadanın özündədir. İnsanlarımız nə qədər ki, bunu dərk etməyəcək, bu belə də olacaq.
Olurmu ki, piyada keçidindən keçirsiz və sürücülər sizə yol vermir?
sakin: Yol verən də olur, verməyən də..
sakin: Çox əfsuslar olsun ki, bu gün sürücülər piyada keçidində yol vermirlər. Mən şəxsən ordan keçərkən ehtiyat edirəm. çünki bizim sürücülər hələ bu sahədə püxtələşməyiblər.
Qarşılıqlı ittihamlara baxmayaraq Gəncə şəhər Dövlət Yol Polis Şöbəsi sürücü və piyadaların nəzərinə çatdırır ki...
Vasif Rüstəmov Gəncə Şəhər DYP Şöbəsinin təbliğat və təşviqat üzrə inspektoru: yol hərəkəti qaydalarına ciddi əməl etsinlər. Əks halda Yol Patrul Xidməti əməkdaşları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək.
Yol hərəkəti qaydalarına riayət edək ki, ağlımıza gəlməyənlər, başımıza gəlməsin...
- Baxış: 1340