Samuxda “Həmrəy olaq, yeni ilə bir çıxaq” adlı tədbirdə iştirakçılara Azərbaycanın ən yeni tarixi, sosial, iqtisadi və mədəni uğurlarına dair kitablar təqdim olunub. Dünya azərbaycanlılarının müstəqil Azərbaycan naminə həmrəyliyinin önəmi, torpağa, vətənə bağlılığın milli birliyi daha da gücləndirməsinin əhəmiyyətindən danışılıb. Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında diasporların fəaliyyətinə toxunulub, qazanılan naliyyətlərin, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin multikultural dəyərlərin qorunub saxlanılması baxımından vacibliyinə xidmət etdiyi vurğulanıb. Tədbir məktəblilərin hazırladıqları musiqili proqramla davam edib.
Süleyman Əliyev - Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi: Başlıca olaraq məqsədimiz gələcək nəsli xüsusi ilə yeniyetmələri vətənpərvərlik ruhunda tərbiyyə etmək, həmrəyliyin nə olduğunu onlara başa salmaq və biri-birinə qarşı diqqətli, qayğılı olmağı aşılamaqdan ibarətdir.
Natiq Hüseyn
- Baxış: 397