Elektrik enerjisinə görə debitor borcu yaranan abonentlərin elektrik enerjisi ilə təchizatı dekabrın 19-da saat 12-dən etibarən “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin əhatə dairəsinə aid olan Gəncə şəhəri və 9 rayon üzrə bununla bağlı bildirişlərin payalnılması başa çatıb. Hətta verilən bildirişlərə uyğun olaraq abonentlərin 50 faizı ödənişlərini də aparıb. Elektrik enerjisindən istifadəyə görə yaranan borcla əlaqədar enerji təchizatı dayandırılcaq abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol verən istehlakcilara qarşı müvafiq Qanunvericiliyə uyğun olaraq “Azərişıq” tərəfindən ciddi tədbirlər görüləcək. Qərb Regional Enerji Təchizatı və Satış İdarəsi 289 min abonentə xidmət göstərir. Onlardan 110 mini ödənişləri əvvəlcədən yəni smartkart tipli sayğaclar vasitəsi ilə həyata keçirirlər. Ötən il Region üzrə sərf olunan elektrik enerjisinin dəyərinin 90 faizi tam ödənilib. Bu il isə yığım faizının 95-ə çatdırılması nəzərdə tutulub.
Rauf Nəbiyev - Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin şöbə rəisi: "Hər bir abonentə rəsmi bildirişlər verilib. Bu rəsmi bildirişlərin son gönüdür. Debitor borca görə ödəniş etməyən abonentlərin fərdi qaydada kəsimi aparılacaq. Fürstədən istifadə edib abonentlərədn xaiş edirik ki verilmiş bildirişə uyğun olaraq yerli poçt və bank şöbələrində ödənişlərini təmin etsinlər."
Natiq Hüseyn
- Baxış: 554