Şəmkir Olimpiya İdman Kompleksində 31 dekabar Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il bayramı münasibəti ilə cüdo üzrə beynəlxalq turnir keçirilib. Yarışın təntənəli açılış mərasimində çıxış edənlər ölkəmizdə cüdo idmanın inkişafından, eləcə də idamnçılarımızın bu növ üzrə əldə etdikləri uğurlardan danışıblar. Rəsmi hissədən sonra yarışlara start verilib. 2004, 2005 və 2006-cı il təvəllüdlü yeniyetmələr arasında keçirilən turnirdə 400-ə yaxın idmançı tatami üzərinə çıxıb. 10 çəkidə reallaşan, 31 yerli klub və komandanın iştirak etdiyi yarışda ölkəmizlə yanaşı Türkiyə, Latviya və Gürcüstan çüdoçuları da mübarizə aparıb. Yarışları Azərbaycan Cüdo Federasiyası tərəfindən təyin olunan hakimlər idarə edib. Gərgin və maraqlı idman yarışlarından sonra medalların əyyarına görə Gəncə çüdoçuları komanda hesabında birinci olub. Bakının Zirvə və Atilla klubları isə müvafiq olaraq 2-ci, 3-cü yerləri bölüşüblər. Sonda mükafatçılar fərxi fərman və medallarla təltif olunub.
Tərlan Poladov - Azərbaycan Cüdo Federasiyanın nümayəndəsi: Bildiyiniz kimi bu yarışları keçirməkdə məqsəd cüdo idamn növünün bölgələrdə inkişafına nail olmaqdır. Azərbacan cüdo federasiyası bu istiqamətdə mühüm işlər aparır.
Mövlüd Mirəliyev - Şəmkir Olimpiya İdman Kompleksinin direktoru: Şəmkirdə də cüdo bölməsi var. Şəmkir idmançıları da bu yarışlarda iştirak edir. Təbii ki, bunlar yeniyetmələrdir. Bunların dünya çempionatı olmur. Ancaq onlar da gənc yaşlarına çatanda dünya və avropa çempionaltlarında iştirak edəcəklər. Prespektivli cüdoçularımız var.
Natiq Hüseyn
- Baxış: 552