Zaqatalada fərdi yaşayış evində yanğın olub. Alov Yolayrıc kəndində, kənd sakini Fərhad Musayevə məxsus, ümumi sahəsi 240 kv/m olan ikimərtəbəli fərdi yaşayış evini cənginə alıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində evin tam yanmasının qarşısı alınıb. Evin dam örtüyünün 45 kv/m-lik hissəsinin və ikinci mərtəbədə otaqlardan birinin yanar konstruksiyaları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 392