• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 756
— 13.12.2017 14:53

Turistlərin və yerli sakinlərin Göygölə hərəkətini asanlaşdıran yol əsaslı təmir olunur

KepezTV Player

Gələn ildən etibarən yerli və xarici turistlər Azərbaycanın incisi sayılan Göygölə rahat və təhlükəsiz getmək imkanı əldə edəcəklər. Çünki Gəncə-Göygöl yolunun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.

Göygölə aparan magistral 4-cü texniki dərəcədən 3-cü texniki dərəcəli yola uyğun yenilənir. Dağlıq relyefə malik olan ərazidə avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol yatağının və ehtiyyat çiyinlərin ölçüləri 8 metrdən 12 metrə qədər genişləndirilir. Yolun Göygölün Aşıqlı kəndi ərazisindən keçən hissəsinin 2 km-də sərt döngələrdə beton səddlər çəkilir. Layihəyə uyğun olaraq yolda yerüstü 7, yeraltı isə 19 müxtəlif diametrili su ötürücü borular quraşdırılacaq. Ağsuçayı üzərində uznluğu 15 metr olan körpü yenidən qurulacaq.

İlham Məmmədov - sakin: Qışda yollarda təhlükəsiz hərəkət edəcəyik. Divarların tikilməsi yollarda təhlükəni aradan qaldırır. Yolun genişləndirilməsidə hərəkətə müsbət təsir göstərəcəkdir. Çox razıyıq

Ədil Seyidov - sakin: Əvvəl yol çox dar idi avtomobillərin hərəkətinə maneə yaradırdı, kəndin içində sıxlıq yaradırdı. Bundan sonra yolumuz yaxşı olacaqdır, yaşı iş görürlər.

Prezident İlham Əliyevin tapşırığına əsasən əsaslı şəkildə yenidən tikiləcək yolun ümumi uzunluğu 38.4 km-dir. Dağlar gözəli Göygölə gedən yol 2 mərhələdə inşa olunur. 1-ci mərhələ 16.4 km əhatə edəcək və 2018-ci ilin iyununda Yenizod kəndində tamamlanacaq. Gələn ilin sonuna kimi isə Göygölədək olan 22 km-lik hissə təhvil veriləcək. Nəticədə turistlərin istirahəti üçün əlverişli şərait, kənd əhalisinin kənd təsərrüfatı məhsullarını bazarlara çıxarmaq üçün imkan yaranacaq.

 

Xaliq Qurbanlı