AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları arasında Azərbaycan birinciliyinın regionlar üzrə zona mərhələsinin oyunları davam edir. Yarışlar qərb regionunda Tovuz və Gəncə zonaları üzrə keçirilir.
Gəncədə yerli komandalarla yanaşı, Samux və Göygöl rayonlarının təmsilçiləri çıxış edir. Komandalar 1 nömrəli Uşaq Gənclər İdman-Şahmat Məktəbinin stadionlarında oynayırlar. Burada 10, 11, 12, 13 və 14 yaşlı futbolçulardan ibarət kollektivlər mübarizə aparır. Ümumilikdə 5 yaş qrupu üzrə zona birinciliyində 49 komanda qüvvəsini sınayır.
Ən çox komanda U-14 və U-11 liqasında yarışır. Bu liqalarda 12 kollektiv təmsil olunur. Digər yaş qruplarında - U-10 liqasında 8, U-12 liqasında 6, U-13 liqasında isə 11 komanda mübarizəyə qoşulub. Zona oyunları gələn ilin mart ayına kimi davam edəcək.
Azad Rəfi
- Baxış: 446