• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1690
— 07.12.2017 14:24

Şəmkirli gənclər “Vətənin müdafiəsinə hazıram!” dedi

KepezTV Player

Gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsi, vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyəsi Şəmkirdə keçirilən tədbirin qayəsini təşkil edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən keçirilən tədbir “Vətənin müdafiəsinə hazıram!” adı altında baş tutub.

Ordumuzun hərbi qüdrəti, gənclərin həqiqi hərbi xidmətə hazırlıq səviyyəsi, onların hərbi-vətənpərvər kimi formalaşması Şəmkirdəki tədbirdə önə çəkilən məsələlər olub. Regionun ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələrində xidmətin şərəf olduğu və xidmət edən gənclərin işğal altında olan torpaqlarımızı azad edəcəyinə əminlik ifadə olunub.

Məhəmməd Vəliyev - Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri: Səfərbərlik Xidməti çox çalışır ki gənclərimiz məktəbi bitirdikdən sonra vətənə layiqli övlad olsun. Ən əsasıda dövlətinə vətəninə layiqli övlad olsun. Vətənpərvər kimi böyüsün.

Mərasimdə şəhid ailəsinin nümayəndəsi, Qarabağ Müharibəsi veteranı, çağırışaqədərki hazırlıq rəhbəri və sözügedən fənn üzrə yüksək nailiyyət göstərən şagird eləcə də hazırda hərbi hissədə nümunəvi xidmət edən əsgərlər  mükafatlandırılıb. Şagirdlər bu cür tədbilərin onlarda vətənə və orduya inam hissinin yüksəlməsində mühüm əhəmiyyət kəsb etdiyini deyirlər.

Şahin Bəkirli – şagird: Torpaq uğrunda ölən varsa vətəndir. Qoy düşmən bunu bilsin ki neçə ki qanı qəhrəmanlıqla yoğrulan Azərbaycan gəncləri var bu millət daim yaşayacaq. Torpaqlarını azad edəcək. Düşmənin layiqli cavabını verəcək.

Fidan Rəhimli – şagird: 16 yaşım olmasına baxmayaraq mən vətənimi qorumağa hazıram. Çünki Xocalı sakiniyəm Qarabağ sakinioyəm ən əsası isə Azərbaycanlıyam.

Tədbirin bədii hissəsində səsləndirilən vətənpərvərlik mahnıları iştirakçılarda xoş ovqat yaradıb.

 

Natiq Hüseyn