Gəncədə bıçaqlanma olub. Şəhər sakini 22 yaşlı Kənan Əmiraslanov sağ budunun iki kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, gənc Mirzə Abbas Abbaszadə küçəsi ilə Nəriman Nərimanov prospektinin kəsişməsində mübahisə zəminində bıçaqlanıb.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Elton Cabbarlı
- Baxış: 502