• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1827
— 28.11.2017 15:36

Zəngin tarixi və mədəniyyəti ilə İsveçrənin diqqətini çəkən Gəncədə səfirlik foto-sərgi təşkil edəcək

KepezTV Player

Gəncədə İsveçrə Səfirliyinin təşəbbüsü ilə foto-sərgi təşkil olunacaq. Həmçinin İsveçrə istehsalı olan “Haidi” filminin də nümayişi olacaq. Realaşacaq sərgi və film nümayişinin təfərrüatlarını müzakirə etmək üçün İsveçrənin Azərbaycandakı səfirinin müavini Liliana Pescini Gəncədə olub.

İsveçrəli fotoqraf Sedrik Kristofer Merklinin əsərləri Gəncədə nümayiş etdiriləcək. Fotoqrafın öz sərtliyi və ciddiliyi ilə seçilən əsərləri bu günə kimi dünyanın bir çox ölkəsində sərgilənib. Gəncədə təşkil olunacaq nümayişdə İsveçrənin kəndli həyatı və qədim ənənələrə malik pendir istehsalı öz əksini tapacaq.

Liliana Pescini İsveçrənin Azərbaycandakı səfirinin müavini: “İsveçrədə Pendir İstehsalının tarixi qədimdir. Bu ənənə XVIII əsrdən daha dəqiq 1739-cu ildən gəlir. Biz düşünürük ki, bu fotolar Gəncədə böyük marağa səbəb olacaq. Ən azı ona görə ki, bu regionda da kənd təsərrüfatı inkişaf edib və qədim ənənələrə malikdir”.

“Haidi” filmi isə 2015-ci ildə istehsal olunub və bir sıra mükafatlara layiq görülüb. Filmdə öz babası ilə Alp dağlarının ətəklərində yaşayan Haidi adlı qızdan söhbət gedir. Haidinin buradakı xoşbəxt həyatı bibisinin onu Frankfurta aparması ilə dəyişilir. O varlı bir ailənin əlil arabasına bağlı olan qızı ilə birlikdə yaşamalı və onunla dostluq etmək məcburiyyətində qalır...

Liliana Pescini  İsveçrənin Azərbaycandakı səfirinin müavini: “Niyə Məhs Gəncə deyə soruşsaz, deyə bilərəm ki, Gəncə qədim tarixə və zəngin mədəniyyətə malik bir şəhərdir. Azərbaycanın ikinci böyük şəhəri olmaqla yanaşı, vaxtı ilə paytaxt statusunu da daşıyıb. Bu gün Gəncə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Eyni zamanda biz bilirik ki, vaxtı ilə bu regionda alman koloniyaları mövcud olub. Bütün bu xüsusiyyətlərinə görə də Gəncə bizim diqqətimizi cəlb edib”.

Realaşacaq sərgi və film nümayişinin təfərrüatları Gəncədə müzakirə olunub. Şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə görüşdə hər iki tədbirin növbəti ilin fevralında reallşdırılması barədə ilkin razılığa gəlinib.