Şəmkir bələdiyyəsinin nəznində yaradılan iri taxılçılıq və bitkiçilik təsərrüfatı olan Ceyrançöldə növbəti mövsüm üçün dənli bitkilərin səpini aparılır. Ötən illə müqayisədə əkin sahəsi 4 dəfə artıb.
8 min hektar əkin sahəsinin dövriyyəyə buraxıldığı Ceyrançöl Məhdud Məsuliyyətli Cəmiyyətində dənli bitkilərin səpininə 10 gündür ki başlanılıb. Artıq ərazinin yarıdan çoxunda səpin başa çatıb. Əlverişli hava şəraitindən maksimum yararlanaraq səpinin vaxtında başa çatdırılması üçün sahələrə xeyli texnika cəlb olunub.
Mayıs Əzizov - Ceyrançöl MMC-nin direktoru: Bu günədək 2500 hektar sahədə səpin aparılıb. Hədəfimiz 4000 hektara çatdırmaqdır. Bu istəqamətdə işlərimiz davam edir. Aqrotexniki qaydalara tama əməl olunur.
Dənli bitkilərin əkininin nəzərdə tutulduğu 4 min hektarda şum işləri aparıldıqdan sonra səpilən toxumların keyiffətindən asılı olaraq məhsuldarlığın yüksək olacağı praqnozlaşdırılır.
Habil Rzayev - aqronom: Almaniyadan aktyor sortu buğda gətirmişik. Onlar soyuqa və quraqlığa davamlıdır. Həmin toxmulardan yüksək kefiyyətli un məhsulları hazılanır.
Ötən il Ceyrançöldə 1000 hektar sahədə dənli bitkilər əkilib və 4 min ton məhsul əldə edilib. Orta məhsuldarlıq hektar üzrə 40 sentnerə yaxın olub.
Natiq Hüseyn
- Baxış: 1290