KepezTV Player
Gəncədə 9-cular biliklərini sınaq imtahanında yoxlayıb. Buraxılış imtahanlarına hazırlıq məqsədi daşıyan yoxlamada 3101 şagird iştirak edib. Onlardan 2664 nəfəri azərbaycan, 437 nəfəri rus bölməsində təhsil alanlardır. 7 binada imtahanın şəffaf və obyektiv keçirilməsi üçün prosesə 132 nəzarətçi müəllim cəlb edilib.
Zöhrab Hacıyev Gəncə Şəhər Metodik Mərkəzin direktoru: İmtahanın əsas mərkəzi Təhsil Nazirliyində keyfiyyət ili elan edilmişdir. Bununla əlaqədar olaraq, təhsil müəssisələrində tədrisin keyfiyyətini yüksəltmək və dioqnostik qiymətləndirməsini həyata keçirməkdir. Bu da, gələcəkdə şagirdlərimizin buraxılış imtahanlarında yüksək nəticələr əldə etməsinə gətirib çıxardacaqdır.
- Baxış: 719