• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1828
— 23.11.2017 14:46

Şəmkirdə İçtimai şura yaradılır

KepezTV Player

Şəmkirdə isə qarşıdıan gələn qış mövsümünə hazırlıq vəziyyəti müzakirə edilib. Əhalinin qaz, işıq və suya olan ehtiyacının ödənilməsi istiqamətində mövcud nöqsanların aradan qaldırılması üçün aidiyyatı struktur rəhbərləri tapşırıqlar verilib. “Azərbaycan gəncliyi 2017-2021 ci illərdə Dövlət Proqarmının” icrası ilə əlaqədər görüləcək işlər, həmçinin Qasım İsmayılov və Muxtariyyat kəndlərinin adlarının dəyişdirilməsi müzakirə mövzusu olub. Şəmkir rayon İcra Hakimiyyəti yanında yaradılan İctimai Şuranın yerlərdə təşkilatı məsələlərin həlli və sakinlərin mövqeyinin nəzərə alınmasına xidmət etdiyi vurğulanıb. Şuranın üzvləri kənd və qəsəbələrdə icra edilən layihələrdə vətəndaş hüquqlarının qorunmasına ximdət etməlidir.

Fuad Bədəlov - Şəmkir Regional QHT Resurs və Təlim mərkəzinin direktoru: İçtimai şuranın əsas mahiyyəti ondan ibarətdir ki şəffaflıq qorunsun. İstər icra hakimiyyəti istərsədə müxtəlif orqanlar hər hansı bir qərar qəbul etdikdə vətəndaş cəmiyyətinin nümayədələrinin mövqeyindən iştirak etsin. Qanunlar qərarlar daha sərbəst oslun. İnsanlar bundan daha yaxşı bəhrələnə bilsin.

 

Natiq Hüseyn