KepezTV Player
Ədliyyə İşçilərinin Peşə Bayramı günü Samux rayonunda da qeyd olunub. Bayram tədbiri Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. 99 illik tarixi dövr ərzində ədliyyə orqanlarının fəaliyyəti, onların işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün həyata keçirilən tədbirlər, ölkədə ədliyyə sisteminin müasir inkişaf mərhələsi barədə danışılıb. Son illərdə paytaxt və regionlarda yerli məhkəmələr üçün yeni inzibati binaların inşası, yaxın vaxtlarda Samux rayon məhkəməsi üçün də müasir tələblərə cavab verən binanın tikilməsinin əhəmiyyəti vurğulanıb. Dövlətin ədliyyə sahəsinə göstərdiyi qayğıdan danışılıb.
Natiq Hüseyn
- Baxış: 399