Şamaxıda vaş verən qəzada 3-ü bir ailənin üzvü olmaqla 2 nəfər ağır xəsarət alıb. Zərbənin təsiri nəticəsində sürücünün bir gözü çıxıb.
Şamaxı rayonunda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə Şamaxı-Qızmeydan yolunda qeydə alınıb. Göyçay rayon sakini, 43 yaşlı Rahil Burcəlizadə 10-ZP-606 dövlət nömrə nişanlı “Pejo” markalı minik avtomobili ilə hərəkətdə olarkən Qızmeydan kəndinin giriş hissəsindəki döngəli yolda idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü Rahil Burcəlizadə və sərnişini-Bakı şəhər sakini 28 yaşlı Fəridə Fərəcova ağır yaralanıb. Zərbənin təsiri nəticəsində sürücünün bir gözünün çıxdığı, nəticədə görmə qabiliyyətini itirdiyi bildirilir. Maşında olan azyaşlı 4 yaşlı Fərəcov Nihat Bayram oğlu maşının içindən düşərək 5 metr dərinlikdə dərəyə düşüb xoşbəxtlikdən azyaşlıya heçnə olmayıb. Ağır bədən xəsarətləri alanlar Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə və reanimasiya şöbələrinə yerləşdirilib.
Sürücünün vəziyyəti ağırlaşdığından daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Digər sərnişin Bayram Fərəcovsa xəsarətsiz ötüşüb.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 468