• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1694
— 18.11.2017 16:36

Göygölün gözəlliyi məktəbliləri valeh edib

KepezTV Player

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasısı çərçivəsində qərb bölgəsinə səfər edən məktəblilər

Gəncə ilə tanış olan məktəblilər Şəmkir və Göygöl rayonlarını da gəzib. Rayonla tanışlığa orta əsr Şəmkir qalasından başlayan şagirdlərə Heydər Əliyev mərkəzinin qarşısında Şəmkirin tarixi, mədəniyyəti, sosial-iqtisadi uğurları barədə məlumat veriblər. Şagirdlər Gənclər Mərkəzində, bayraq muzeyində, abidələr və istiqlal parklarında olublar. XVIII əsr alman kilsəsinə baxış keçiriblər.

Göygöldə də Heydər Əliyev, Gənclər və Uşaq-Əyləncə Mərkəzləri ilə tanışlıq paytaxt və cənub regionundan olan şagirldərdə xoş təssüratlar yaradıb. Heydər Əliyev mərkəzində rayonda həyata keçirilən quruculuq işləri, əhalinin asudə vaxtını keçirmək üçün yaradılan imkanlar, turizm potensialı barədə məktəblilərə məlumat verilib. “İDEA” İctimai Birliyinin təşəbbüsünə qoşulan “Ölkəmizi tanıyan”lar Heydər Əliyev mərkəzinin ərazisinə yeni ağaclar əkiblər. Eləcə də alman ruhunun saxlanıldığı küçələri gəzərək Lüteran kilsəsində olublar.

Aysel Balamedova tur-aksiya iştirakçısı: Bu gün Göygöl şəhərini gəzirik. Heydər Əliyev mərkəzində olduq. Burada ağac əkdik. Çox sevindiric haldır ki, ölkəmizdə şagirdlərin təhslininə mariflənməsinə və dünya görüşünün artmasına xüsusi önəm verilir. Mən çox sevinirəm ki şagirdlərimizin hər biri burada iştirak edir.

İsmayıl Şikarov tur-aksiya iştirakçısı: Bir sıra gəzmləli görməli yerlərlə tanış olduq. Bu turun özəlliyi ondadır biz kitabda gördüklərimizi öz gözlərimizlə canlı şahidlik edirik.

Firuzə Cəfərli tur-aksiya iştirakçısı: Gəzdiyimiz yerlər gördüyümüz ərazilər bizə çox böyük zövq verdi. Düşünürəm ki bu layihələrin sayı artırılsa daha yaxşı olar.

Natiq Hüseyn