• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1688
— 18.11.2017 15:30

Gəncə teatrları repertuarını yeniləyib

KepezTV Player

Məktəblilərin payız tətili günlərində Gəncədəki teatrlarda qələbəlikdi. Əsasən balacalar üçün nəzərdə tutulan tamaşalarda yaradıcı heyyət yeniliklər etməklə daha maraqlı səhnələr yaratmağa çalışıb.

Gəncə Dövlət Dram Teatrının səhnəsində Tıq-tıq xanım nağılının qəhrəmanları balacaların marağına səbəb olub. Əsasən gənclərin yer aldığı səhnəciklərdə musiqi seçimi və milli rəqslər, rəssam və rejissor işi 40 dəqiqəlik tamaşanın yaddaqalan olmasına hesablanıb

 Elşad Əhmədov Gəncə Dövlət Dram Teatrının rejissoru:Tamaşa yeni karnaval estetikasının prinsipləri əsasında hazırlanıb. Ona görədə həm yaş etibarı ilə böyük, həm də kiçik yaşlı tamaşaçılar tərəfindən maraqla qarşılanır. Atalar sözü var ki, dost-dosta tən gərək, tən olmasa gen gərək. Bizim tamaşanın ideyası da bundan ibarətdir. Bunun üzərində də mövzunu götürüb hazırlamışıq.

Abdulla Şaiqin eyniadlı nağılı əsasında hazırlanan tamaşadan məktəblilər də razı görünür.

Çinarə Bağırova şagird: Tıq-tıq xanıma televizorda baxmışdım canlı baxmamışdım. İndi gəldim burada baxdım çox bəyəndim

Zeynəb Novruzova şagird: Ən çox tamaşada Tıq-tıq xanım xoşuma gəlir. Orada siçanın Tıq-tıq xanım qurtarmasını, Tıq-tıq xanımın rəqsini, sözlərini çox xoşladım.

Gəncə Dövlət Kukla Teatrında isə Kitabi Dədə Qorqud dastanından Dəli Domrul boyu səhnələşdirilib. Əsər qəliz və pisxoloji olsa da  rejissor tamaşanı yumşaq və anlaşıqlı həddə təqdim edib.

Fərmail Paşayev Gəncə Dövlət Kukla Teatrının baş rejissoru:Tamaşada əsas yenilik ondan ibarətdir ki, aktyorların danışıq tərzində, hətta Kitabi Dədə Qorqud dastanının dilinə yaxın tərzdə danışmaları, kuklaların daha rəngarəng olmalarıdı. Daha yeni üsulla işıqlarımzda dəyişiklər eləmişik. Hətta dekarasiyaların qalxıb düşməsində belə yeniliklər etmişik.

Tamaşada teatrın bütün aktyorları iştirak edir və daha çox torpağa, vətənə məhəbbət, dostluq prinsiplərinin aşılnamsı öz əksini tapır.

Nigar Sadıqova şagird: Mənim tamaşada xoşuma gələn oğlanın cəzalanmağı, Allah babanın sözləri xoşuma gəldi. Allah baba oğlanın uşaqlarını yetim qoymadı.

Aydan Sadıqova şagird:Mən bacımla Dəli Domrul tamaşasına gəldim. Tamaşada çox xoşuma gəldi.

Hər iki teatrda tamaşalar gündə üç seans olmaqla noyabırın 20-nə kimi nümayiş olunacaq.