Respublikanın 9 şəhər və rayonundan olan şagirdlər qərb bölgəsi ilə tanış olur. Göygöl və Şəmkir rayonlarına da yollanacaq məktəblilərin ilk dayanacağı Gəncədir. Ölkəmizi tanıyaq devizi ilə şəhəri gəzən şagirdlərin ilk dayanacağı Nizami Gəncəvinin məqbərəsi və muzeyi olub. Paytaxt və cənub bölgəsindən olan məktəblilər eyni zamanda Qoşa Qala Qapıları kompleksi, Cavadxan türbəsi və digər tarixi və mədəni abidələri də ziyarət etmək imkanı qazanıb. 2 günlük Gəncə gəzintisi şəhərin tarixini, mədəniyyətini və müasirliyini görmək və bütün bunlar haqqında geniş məlumat əldə etmək baxımından əhəmiyyətlidir.
Nicat Mirzəyev - Bakı məktəblisi: Mən 2-ci dəfədir ki, tur aksiya iştirakçısı olaraq Gəncə şəhərinə gəlirəm. Burada çox maraqlı yerləri gəzdik. Bu hadisələr mənim yaddaşımda Ömürlük həkk olundu. Mən sevinirəm ki, bu aksiyada iştirak etdim.
Elçin Həsənov - Şirvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi: Hər dəfə yeni-yeni şagirdlərin gəlməsi, onların tarixi yurdlarımız haqqında qədim abidələrimiz haqqında aldıqları bu informasiyaların həcmidə genişlənir. Hər dəfə yeni şagird gəldikcə, onlarda hər dəfə aldıqları bilikləri öz məktəblərində, öz yaxınları ilə bölüşürlər və fikir mübadiləsi aparırlar.
Elton Cabbarlı
- Baxış: 535