• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1693
— 16.11.2017 15:55

Gəncədə səhiyyə işçilərinin regional konfransı keçirilib

KepezTV Player

Gəncədə “Davamlı tibbi təhsil” layihəsi çərçivəsində marifləndirici regional konfrans keçirilib. Qərb bölgəsində olan tibb işçilərinə əsasən qərb ölkələrində davamalı tibbi təhsil sisteminin tətbiqindən danışılıb.  Həkimlərimizi müasir tibb elminin inkişafı ilə daha yaxından tanış etmək, tibb sahəsində yeni texnologiyaların tətbiqi barədə məlumatlandırmaq, onların peşəkarlıq səviyyəsini artırmaq üçün bu təhsil sisteminin müsbət əhəmiyyətə malik olduğu vurğulanıb. Əvvəllər həkimlər 5 ildə bir dəfə təkmilləşdirmə kurslarında iştirak edirdisə, yeni qaydalara görə onlar davamlı olaraq bilik və bacarıqlarını təkmilləşdirəcəklər.

Aris Rüstəmov İctimai Səhiyyə İslahatları Mərkəzinin şöbə müdiri: Əvvəlki qaydalarda tək təkminləşmə kursları olduğu halda indi orada elmi pedoqoji fəaliyyət , müstəqil fəaliyyət eləcədə tədris fəaliyyət var. Bütün bunlardan istifadə edərək kreditlər toplaya biləcəklər.

Natiq Hüseyn